901
14:02
10 Aprel 2019

Azərbaycanlı müğənni ərə gedir: "Günün qara olacaq" - FOTOLARI

Gənc müğənni Mina Hüseynova ( Nərminə ) ailə həyatı qurmaq niyyətindədir.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində danışıb. O bildirib ki, artıq sevdiyi şəxs var: “Həyatımda bir insan var. Ciddi görüşürük. Onun və mənim ailəmin xəbəri var. Müğənni olmağıma qadağa yoxdur. Onlar bilir ki, mən necə adamam. Ona görə də müğənniliyimə qadağa qoymayacaqlar”.

Müğənninin bu sözlərinə prodüser Tolik “Mən bildiyim adamdırsa, toydan sonra günün qara olacaq. Çünki deyəcək otur evdə”.

Qeyd edək ki, Mina “O səs Türkiyə”dəki çıxışı ilə də yadda qalıb.