360
19:29
04 Aprel 2019

Baş nazir rusiyalı naziri qəbul edib

Baş nazir Novruz Məmmədov Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən ONA -ya verilən məlumata görə, baş nazir Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu söyləyib.
N.Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun önəmini qeyd edib, D.Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən danışan rusiyalı nazir aparılan müzakirələrin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcəyinə inamını ifadə edib. D.Manturov deyib ki, Azərbaycanla Rusiya arasında mövcud olan konstruktiv yanaşmalar əlverişli biznes mühitinin formalaşmasında önəmli platforma rolunu oynayır.
Söhbət zamanı neft-kimiya, maşınqayırma, aviasiya, əczaçılıq sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.