"Məncə elə danışmaq lazımdır ki, hörmət qazanasan. Böyüklərə hörmətsizlik etmək olmaz. Dediyin sözlər, danışdığın fikirlər səni ucalda da bilər, yerə vura da bilər. Çalışmaq lazımdır ki, hörmət qazanaq”. Lent.az-ın məlumatına görə, bu sözləri gənc müğənni Aysun İsmayılova yeni fotosessiyasını təqdim edərkən bildirib:
“Yaşım az olsa da, sənətdə yeni addımlar atsam da, kifayət qədər böyük pullar xərclənir. Allah valideynlərimin canını sağ eləsin. Əziyyət çəkirəm ki, keyfiyyətli işlər görüm. Heç kəs məni qalmaqala salmasın. Bu qədər əziyyətimi heç kəsə görə hədər verə bilmərəm”.