71
12:16
16 İyul 2018

Türkiyə səfiri: “Azərbaycanda da terror törətməyə çalışan xainlər var”

Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.


APA -nın xəbərinə görə, tədbirdə Türkiyə səfiri Erkan Özoral, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlərüzrə köməkçisiƏli Həsənov, millət vəkilləri, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

Əvvəlcə 15 iyul hadisələrinə dair filmin nümayişi olub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında deyib ki, 15 iyulda türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini dünyaya elan edib: "15 iyul milli dastanımızdır. Heç kim türk millətini zəncirlə bağlayabilməz. Hər kəs bilsin ki, yer üzü var olduqca, bu millət dövlət və vətəninə sahib çıxacaq. O günü planlayanlar islam dinindən sui-istifadə etdilər.Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil".

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisiƏli Həsənovqeyd edib ki, Azərbaycan və Türkiyə xalqları 15 iyul hadisələrini eyni əhvalda, məyusluqla qarşıladı. O bildirib ki, Azərbaycan xalqı və Azərbaycan prezidenti 15 iyul hadisələrini həyəcanlaizləyib, Türkiyəyə öz dəstəyini göstərib: “Düşünürəmki, türk xalqı yaşadıqca, 250 şəhidin xatirəsihəmişə ehtiramla yad ediləcək. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”

APA