748
12:15
17 Yanvar 2013

Azərbaycan qaçqın suriyalılara və fələstinlilərə maliyyə yardımı ayırıb

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına maliyyə yardımı göstərib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, bu, Xarici İşlər Nazirliyinin 2012-ci il üçün yekun hesabatında əksini tapıb.

Suriyada yaşanan məlum hadisələr nəticəsində bu ölkədən qaçqın düşmüş və İordaniyanın Əmman şəhərində məskunlaşmış insanların həyat şəraitinin yaxşılaşdırılması üçün də Azərbaycan hökuməti maliyyə yardımı ayırıb.