Mourinyo "Real"a sərt qaydalarını  gətirdi
10 avqust 2026 09:54 (UTC +04:00)

Mourinyo "Real"a sərt qaydalarını gətirdi

0

Portuqaliyalı məşqçi oyunçuların qidalanması, bərpası və intizamı üzərində nəzarəti gücləndirib

“Real”ın \yeni baş məşqçisi Joze Mourinyo Madrid klubuna qayıtdıqdan sonra dərhal komanda daxilində intizamı gücləndirməyə başlayıb. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, portuqaliyalı məşqçi qidalanma, zədəlilərin sağalması və qaydalara əməl etməməyə görə cəzalarla bağlı bir sıra dəyişikliklər edib.

Klubun dietoloqu artıq oyunçuların səhər yeməyi və qəlyanaltı menyusunu hazırlamaqdan məsuldur. Əvvəllər oyunçular daha çox sərbəstliyə malik idilər və öz yeməklərini seçə bilirdilər. Bundan əlavə, Mourinyo oyunçular və məşqçi heyəti üçün birgə nahar yeməyini tətbiq edib. Bunun komanda daxilində münasibətlərin möhkəmlənməsinə kömək edəcəyi gözlənilir.

Portuqaliyalı oyunçuların zədələrdən sağalmasına xüsusi diqqət yetirib. Artıq oyunçulara klub xaricində müalicə və reabilitasiya keçmək qadağandır. Onlar gündə iki dəfə - səhər və axşam – “Real”ın məşq meydançasında bütün zəruri prosedurları yerinə yetirməlidirlər.

Dəyişikliklər həmçinin gecikmələrə görə cəzalara da təsir edib. Madridli oyunçular məşqdən ən azı bir saat əvvəl məşq meydançasına gəlməlidirlər. Əgər oyunçu bu qaydanı pozarsa, əvvəllər tətbiq edilən cərimə əvəzinə, idman zalında əlavə fərdi məşq alacaqlar.

Mourinyo "Real"da mümkün olan ən aydın rejim qurmağa və oyunçuları üzərində nəzarəti gücləndirməyə çalışır. Portuqaliyalı mütəxəssisin intizamı işinin əsas elementi etdiyi ilk dəfə deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar