Ukrayna prezidenti Vladimir Zelenski işğaldan azad edilmiş Xersona səfər edib.
Lent.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Biz irəliləyirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq", - dövlət başçısı hərbçilərə müraciət edib.
O, həmçinin Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə NATO və digər müttəfiqlərə təşəkkür edib.