Sərxoş sürücü yol polisinin başına görün nə oyun açdı? -  VİDEO
25 yanvar 2023 19:09 (UTC +04:00)

Sərxoş sürücü yol polisinin başına görün nə oyun açdı? - VİDEO

Rusiyada yol polisini avtomobilinin kapotunda 200 metr sürükləyən sərxoş sürücü saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ural vilayətində qeydə alınıb. Görüntülərdə yol polisi inspektorunun dayanmış avtomobilə necə yaxınlaşdığı, lakin sonra avtomobilin qəfil hərəkətə başlayaraq, polisi kapotda apardığı görünür.

Məlumata görə, Mejozernıy kəndində “Skoda Rapid” markalı avtomobil yol polisinin diqqətini çəkib. Sürücü yol polislərinin saxlamaq tələbinə məhəl qoymayıb. Qarşısına çıxan polis avtomobilin kapotuna yıxılıb və 200 metr sürüklənib.

Qanunu pozan şəxsin 23 yaşı var, o, saxlanılıb.

 
# 3021
avatar

Oxşar yazılar