Dünyanın  ƏN BAHALI   məhsullarının  QİYMƏTİ  – Corab, bıçaq, tualet kağızı...
23 aprel 2021 17:15 (UTC +04:00)

Dünyanın ƏN BAHALI məhsullarının QİYMƏTİ – Corab, bıçaq, tualet kağızı...

Normal insanların istifadə etdiyi adi gündəlik məhsullar var. Zəngin insanlar da bunlardan istifadə edir. Amma... bu əşyaların sizinkilərlə eyni olduğunu düşünməyin.  

Lent.az xarici KİV-ə istinadən dünyanın ən bahalı gündəlik məhsullarını təqdim edir:

Corab 

Ən bahalı corabın 10-20 manat olduğunu fikirləşirsiniz. Bir alman corab firması “Falke”nin istehsal etdiyi corabın bir cütü 95 dollardı. Corab çox nadir tapılan dəvə yunundan hazırlanır. 

Diş məcunu 

Adi mağazalarda diş məcununun qiyməti heç kimi təəccübləndirmir. Amma “Theodent” firmasının kakao ağacından istehsal etdiyi diş məcunun qiyməti 100 dollardı. Məcun udulduqda insan sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Lampa

Bir lampa nə qədər baha ola bilər? Bulut şəklində, uzaqdan idarəetmə funksiyasına malik olan bu lampanın qiyməti 5000 dollardı. Lampaya istənilən musiqini yazdırmaq mümkündür. 

Sadə karandaş 

Karandaş istehsal edən firmaların içərisində ən məşhuru Faber Castelldir. Şirkət 240 illik zeytun ağacından hazırlanan karandaşın üzərinə 3 almaz yerləşdirərək dünyanın ən bahalı  sadə karandaşını istehsal etdi. Bundan əlavə, qələmin üzəri qızılla örtülüb və qiyməti 12.800 dollardı. Bundan əlavə karandaşın üzərində pozan və yonan da yerləşdirilib. 

Bıçaq 

Yaxşı yemək bişirmək üçün keyfiyyətli bıçağın olması şərtdir. “Nesmuk” firmasına məxsus keyfiyyətli bıçağın tutacaq hissəsi almas işləməlidir və qiyməti 40.000 dollardı. 

Tualet kağızı 

Sıradan insanların istifadə etdikləri ən ucuz əşya bəlkə də tualet kağızıdır. Amma avstraliyalı bir firmanın istehsal etdiyi qızıl örtüklü tualet kağızının  qiyməti 1,5 milyon dollardır. Bir qızıl örtüklü tualet kağızı sifariş edən müştəriyə bir şüşə şampan içkisi pulsuz hədiyyə olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5676
avatar

Nigar Adil

Oxşar yazılar