Dünyada yeni bir xəstəlik - artıq çəki xəstəliyi surətlə yayılır. Bu xəstəlikdən əziyyət çəkən insanlar üçün yaşamaq elə də asan deyil.
Lent.az dünyanın ən kilolu 5 insanını təqdim edir:
Arya Permana
İndoneziyada yaşayan balaca Arya böyük görünsə də, əslində 10 aylıq körpədir və 18 kilodur. Valideynlərinin sözlərinə görə 2-3 aylıqikən surətli şəkildə çəki almağa başlayıb. Maddi vəziyyəti yaxşı olmayan ailə, Aryanın qidasını təmin etməkdə çətinlik çəkir. Davamlı çəki alan Arya hazırda 10 yaşındadır və 192 kilodur. Hazırda o, dünyanın ən kök uşağı sayılır.
Örora Satoşi
Sumo güləşi ilə məşğul olan şəxslərin kök olması qəbulolunandır. Amma sumo güləşçiləri arasında ən kök rusiyalı Örora Satoşinin çəkisi 295 kilo, boyu 1.95-metrdir.
Çeriti Piyers
Artıq çəki xəstəliyinin daha geniş yayıldığı ölkələrdən biri də Amerika Birləşmiş Ştatlarıdır. 348 kilo və 39 yaşı bu qadın Ginnesin Rekordlar kitabına düşərək, dünyanın ən kilolu qadınıdır. O, yeniyetmə vaxtından dadlı yeməkləri sevdiyini və kilo kompleksi yaşamadığını bildirir. Çeriti Piyers təxminən on mim kalori alır.
Keysi King
Amerikada yaşayan Keysi kompüter oyunları aludəçisidir. Ona görə bu qədər kilo almasının səbəbi məhz budur. 34 yaşında və 320 kilo olan Keysi hər gün saat 12-də yuxudan oyanıb, qidalandıqdan sonra günə oyun oynamaqla davam edir. Görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra hər kəs ona yardım etməyə çalışdı. Hazırda idmanla məşğul olan Keysi artıq çəkilərdən azad olmağa çalışır.
Robert Baçıl
Robert uşaqlıq illərində yaşadığı travma səbəbi ilə xoşbəxtliyi yeməkdə görüb. Ailəsinin idarə etdiyi fast-food restotanında həddindən çox qidalanması ona artıq çəki xəstəliyi “qazandırdı”. O, 12-13 yaşında 120 kilo idi. Yaşı irəlilədikcə, kiloları artan Robertin daxili orqanları demək olar ki, artıq fəaliyyət göstərmirdi. Bu səbəbdən o, artıq çəkilərindən azad olmağa çalışdı və xəstəxanaya müraciət etdi. Bir neçə aydan sonra 382 kilo ilə vəfat etdi.