Dərsə gedən bir QARĞA   - VİDEO
07 oktyabr 2021 17:30 (UTC +04:00)

Dərsə gedən bir QARĞA - VİDEO

Türkiyənin Amasiya vilayətində “Duman” adlı qarğa məktəbə gedir.

Lent.az yerli KİV-ə istinadən bidirir ki, Amasiya Kızılca Köyü İmam Hatip Orta məktəbinin 8-ci sinif şagirdi Ömər Faruk Çetiner təxminən bir il əvvəl məktəbin bağçasında yaralı halda qarğa tapır. 

“Duman” adı verdiyi qarğanı evə apraraq müalicə edir. Təbiətə buraxılmasına baxmayaraq, qarğa Çetineri yalnız buraxmır. Onunla birgə məktəbə gedir, dərs otağına və hətta məktəb direktorunun otağına belə daxil olur.

Məktəbin şagirdləri tənəffüs fasiləsi zamanı məktəbin “Duman”ı yemləyirlər.

# 4347
avatar

Nigar Adil

Oxşar yazılar