Məşhur stilist Anar Ağakişiyev bu dəfə Əməkdar artist Zemfira Sadıxovanın görünüşünü dəyişib.
Lent.az xəbər verir ki, stilist Anar aktrisa ilə bağlı videoya belə bir açıqlama yazıb:
"Bu yaxınlarda onun 83 yaşı tamam oldu. Mən ona hədiyyə olaraq qeyri-adi və dəbli obraz yaratmaq qərarına gəldim. Necədir, bəyəndiniz?".
Onun aktrisanın imicində etdiyi dəyişikliyə izləyicilərdən xeyli reaksiya və bəyənmə gəlib.
İzləyicilərin bəzisi aktrisanı Merilin Monroya da oxşadıb. Bundan başqa, bəzi izləyicilər şərhlərdə Əməkdar artistə bu makiyajı yaraşdırmadıqlarını, bəziləri isə çox uğurlu alındığını bildiriblər.
Videonu təqdim edirik: