Bu məşhur istirahət mərkəzində  turistlərə  SƏRT QAYDALAR
21 may 2024 12:31 (UTC +04:00)

Bu məşhur istirahət mərkəzində turistlərə SƏRT QAYDALAR

Bəzi ölkələr turizm sektorunun canlanmağa başladığına sevinərkən, bəziləri ziyarətçilərə qarşı mübarizə aparmağa başlayıb.

Lent.az “CNN Travel”a istinadən xəbər verir ki, İspaniyanın Balear adalarında turistlər üçün sərt qaydalar tətbiq edilməyə başlanıb.

Aralıq dənizinin qərbində yerləşən kiçik arxipelaq uzun müddətdir ki, dünyanın hər yerindən gələn turistlərin sevimli istirahət məkanına çevrilib. Burada xüsusilə İbiza və Mayorka məşhurdur. Balear adalarının qonaqpərvərliyi ilə məşhur olmasına baxmayaraq, yerli sakinlər getdikcə bəzi ərazilərdə turistlərin "mədəniyyətsiz" davranışından şikayət etməyə başlayıblar.

Bu yay, səlahiyyətlilər, İbiza və Mayorka kimi kurort adalarına gələn ziyarətçilərə spirtli içki içməyi qadağan edib. Bildirilir ki, saat 21:30-dan 08:00-a qədər mağazalarda spirtli içkilərin alınması qadağan ediləcək. 

Qanun pozuntusuna görə cərimələr təxminən 1500 avro olacaq. Yerli sakinlər hakimiyyətin bu qərarını çox yaxşı qarşılayıblar. Ancaq turistlər İbizanın populyar statusunu itirə biləcəyini bildirib və çox əsəbiləşiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Sevinc Fərid

Oxşar yazılar