Yeni “Samsung” smartfonun üstünlükləri – “iPhone”u geridə qoydu
15 fevral 2024 17:24 (UTC +04:00)

Yeni “Samsung” smartfonun üstünlükləri – “iPhone”u geridə qoydu

Bu yaxınlarda “Samsung” flaqman smartfonu “Galaxy S24 Ultra” təqdim edib . 

Lent.az xəbər verir ki, şirkət təqdimat zamanı yeni cihazın sektoru dəyişdirəcək süni intellektlə təchiz olunduğunu bildirib. 

Aparılan sınaqlar zamanı “Galaxy S24 Ultra” smartfonu “iPhone 15 Pro Max”dan daha sürətli diskdən istifadə etdiyi məlum olub. Həmçinin, oxu və yazma testində “Samsung”un yeni flaqmanı müvafiq olaraq 75% və 15% üstünlük nümayiş etdirib.

Müqayisə üçün hər ikisinin oxuma və yazma sürətini təqdim edirik: 

“Galaxy S24 Ultra”: oxu sürəti (2547 MB/s), yazma sürəti (1442 MB/s);
“iPhone 15 Pro Max”: oxu sürəti (1450 MB/s), yazma sürəti (1258 MB/s). 

Bununla yanaşı, “Galaxy S24 Ultra” telefonu “iPhone”dan daha az gecikmə göstərib. Bunun səbəbi, cihazların müxtəlif saxlama növlərini istifadə etməsidir: “S24 Ultra”da UFS yaddaşı olduğu halda, “Apple” flaqmanı “NVMe”dən istifadə edir. Bu o deməkdir ki, “Samsung” mobil cihazı məlumatlara daha sürətli daxil ola bilər.

Bildirilir ki, “Samsung Galaxy S24 Ultra” əks olunmayan örtüklü şüşəyə sahibdir. Buna görə də parlaq işıqda onunla çəkilən şəkil rəqibləri ilə müqayisədə daha ideal görünür. Üstəlik bu örtük onu cızıqlardan da qoruya bilər.

Həmçinin, sınaqlar zamanı  o da məlum olub ki, “Samsung Galaxy S24 Ultra” qadceti “iPhone 15 Pro Max”dan daha yaxşı batareyaya və ekrana, həm də nəzərəçarpacaq dərəcədə sürətli yaddaşa malikdir.


 

# 9252
avatar

Sevinc Fərid

Oxşar yazılar