“Taliban” üzvləri “Facebook”a məxsus “Whatsapp” messencerindən istifadə edərək Əfqanıstanın vətəndaşları arasında öz mesajlarını yayırlar.
Lent.az “technote”a istinadən xəbər verir ki, “Whatsapp”da olan “end-to-end” şifrələnməsi səbəbilə messencer Əfqanıstandakı taliblərın mesajlarını bloklaya bilmir.
“Whatsapp” əməkdaşları mesajlardakı mətnlərdə nələrin qeyd ediliyini anlaya və bu səbəbdən də administrativ qadağalara riayət edilməsini operativ şəkildə təmin edə bilmir.
Qeyd edək ki, hazırda “Facebook” sosial şəbəkədən istifadə edərək öz ideyalarını yaymağa çalışan taliblərin istifadəçi hesablarını bloklamaqla məşğuldur. Sözügedən senzura prosesi real zaman ərzində çalışır və artıq “Facebook”la “Instagram”da çoxlu sayda istifadəçi hesabı bloklanıb.
Təəssüf hissi ilə bildirilir ki, məlum səbəbdən “Whatsapp”da bunu etmək qeyri-mümkündür.