Dünyanın ən populyar mesajlaşma tətbiqi olan WhatsApp noyabrın 15-dən etibarən bir çox telefonda bağlanacaq.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeniləmə dəstəyi almayacaq Android və iOS telefonlarının siyahısı açıqlanıb və bu modellərə iPhone 6 və Samsung Galaxy S7 daxildir.
Sabahdan etibarən məşhur mesajlaşma tətbiqi WhatsApp 2016-cı və daha əvvəl istehsal olunmuş bir çox smartfonda yeniləmələrin dəstəyini dayandıracaq. Bu cihazlar bir müddət sonra tətbiqə tamamilə daxil ola bilməyəcək.
Şirkət, tətbiqə əlavə edilən yeni funksiyaların kifayət qədər avadanlıq olmayan cihazlarda performans problemlərinə səbəb olduğunu qeyd edib.
“WhatsApp”ın son yeniləməsi ilə 2016-cı ildə buraxılan smartfonlar artıq dəstəklənmir. Bu cihazlar əvvəlcə yeniləmələri ala bilməyəcək, həm də müəyyən bir müddətdən sonra yeniləmə tələbini yerinə yetirmədiyi üçün tətbiq tamamilə işləməyəcək.
Dəstək kəsilməsinin yüzlərlə telefon modelinə təsir edəcəyi gözlənilir. Ən çox yayılmış cihazlardan bəziləri bunlardır:
Android Cihazları
Huawei Mate 9 Pro
Samsung Galaxy S7
Xiaomi Mi Note 2
HTC 10 evo
Sony Xperia XZ
Xiaomi Mi 5 Pro
Samsung Galaxy C9 Pro
iOS Cihazları
iPhone 6
iPhone 6s