Whatsapp-ın itirdiyi milyonlarla istifadəçi... – Signal, yoxsa Telegram?
25 yanvar 2021 13:28 (UTC +04:00)

Whatsapp-ın itirdiyi milyonlarla istifadəçi... – Signal, yoxsa Telegram?

Whatsapp məxfilik müqaviləsini dəyişdirəcəyini açıqladıqdan sonra milyonlarla istifadəçisini Signal və Telegram qarşısında itirib. İstifadəçilər böyük reaksiya göstərdikdən sonra şirkət 8 Fevral olaraq təyin olunan yeni müqavilənin qəbul tarixini 15 May tarixinə təxirə saldığını elan etdi.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumatlara görə Signal yanvar ayının ilk üç həftəsində 7,5 milyon, Telegram isə 25 milyon istifadəçi qazanıb.

Hər iki artımın WhatsAppdakı itkiyə görə olduğu görünür. WhasApp ayın əvvəlində İngiltərədə ən çox yüklənən tətbiqlər arasında 8-ci yer idi və App Annie analiz şirkəti tərəfindən tərtib edilən məlumatlara görə 12 yanvar tarixində 23-ə düşdü. Signal isə 6 yanvarda ilk minlikdə olduğu halda 9 yanvarda İngiltərədə ən çox endirilən mobil tətbiq oldu.

# 5499
avatar

Oxşar yazılar