“Toyota” liderliyi bərpa etdi - STATİSTİKA
28 yanvar 2021 19:32 (UTC +04:00)

“Toyota” liderliyi bərpa etdi - STATİSTİKA

Ötən ilin nəticələrinə görə, “Toyota” markası ilə dünya miqyasında 8.692 milyon avtomobil satılıb.

Yaponiya şirkətinin Daihatsu və Hino “törəmə” brendləri 9.528 milyon avtomobil satıb. Bu da satılan avtomobillərin sayı baxımından liderlik statusunu bərpa etməsinə imkan verib.

Əvvəlki dörd il ərzində Almaniya istehsalı olan “Volkswagen”, 2016-cı ildən “Toyota”nı ilk sıradan kənarlaşdıraraq satış lideri olaraq qalırdı. Bununla birlikdə, "koronaviruslu" 2020- ci ildə “Volkswagen” 9,3 milyondan bir qədər çox avtomobil satmağı bacarıb, bu da bir il əvvələ nisbətən 15,2 faiz azdır.

Xatırladaq ki, Avropa Birliyində yeni avtomobillərin satışları keçən il 23,7 faiz azalıb Bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) xəbər verib.

Bunun bütün statistika tarixində (1990-cı ildən bəri) avtomobil bazarındakı ən ciddi düşüş olduğu vurğulanır.

Son bir ildə AB ölkələrində 9,94 milyon avtomobil satılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3972
avatar

Oxşar yazılar