Telefon alanda   bunlara diqqət edin
06 mart 2024 17:03 (UTC +04:00)

Telefon alanda bunlara diqqət edin

Artıq həyatımızı telefonlarsız düşünmək mümkün deyil. Hətta işdə də demək olar ki, məsələləri onunla həll edirik. Smartfonlar müxtəlif cür olur. Həm qiymət, həm də keyfiyyət baxımından seçimlər etmək mümkündür. Bəs, mobil cihaz alarkən necə seçim etməliyik? 

Lent.az telefon alarkən diqqət etməli olduğumuzu bir neçə nüansı təqdim edir: 

Brend markalara üstünlük verməyin 

Çox vaxt insanlar brend və bahalı markaların arxasıyca gedir. Düşünürlər ki, brenddirsə, yaxşıdır. Ancaq bu belə deyil. Brend telefon almaq istəyirsinizsə, çalışıb o satışa çıxan kimi almayın. Çünki altı aydan sonra flaqmanın ucuzlaşacağına zəmanət verilir. Bu müddətdə onun keyfiyyəti düşməyəcək. 

İstifadə olunanları seçin

Telefonunuzdan qoruyucu üzlüyünü çıxaran kimi o, dəyərini 20 faiz itirəcək. Çünki bir həftədən sonra üzərində cızıqlar əmələ gələcək. Bu pula qənaət etmək və dərhal yenisi əvəzinə işlənmiş telefon almaq daha ağıllı fikirdir. Qısacası, əgər cibinizdə, çantanızda gəzdirəcəksinizsə, məktəblilər üçün alacaqsınızsa və ya maşında, işdə istifadə etməyi planlaşdırırsınızsa, işlənmiş telefonları seçməyiniz məsləhətdir.

Etibarlı mağazadan alın

Telefonu çalışıb sertifikatlı və etibarlı mağazalardan alın. Bu zaman müştərilərə verilən zəmanələrə də diqqət edin. Çünki beynəlxalq şirkətlər zəmanət verməkdən qorxmur. Bütün cihazlar 55 göstərici üzrə sınaqdan keçirilir. Hər şeyi yoxlayırlar: batareyanın tutumundan tutmuş ölü piksellərə qədər...

Yaxşı vaxt seçin

Əvvəlki seriyalardan smartfon almaq üçün ən yaxşı vaxt yeni modelin buraxılmasından bir neçə ay sonradır. Satıcılar reklam kampaniyaları sayəsində flaqmana marağın artmasına reaksiya verir və köhnə modellərdən qurtulmağa çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10380

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48