Süni zəka üzrə lider ölkə  seçildi
09 iyul 2024 13:55 (UTC +04:00)

Süni zəka üzrə lider ölkə seçildi

Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (WIPO) vermiş olduğu məlumata əsasən Çin süni zəka sahəsində qeydiyyatdan keçirilmiş patentlərin sayı mövzusunda lider ölkəyə çevrilib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 2013-cü ildən 2023-cü ilə kimi generativ süni zəka ilə bağlı 54 000 patent qeydiyyatdan keçirilib. Onların 25%-nin qeydiyyatı bu il reallaşdırılıb. Qeydiyyatdan keçmiş patentlərin ümumi sayının 38 000-i Çinin payına düşür. İkinci yeri ABŞ (6276 patent), üçüncü yeri Cənubi Koreya (4155 patent), dördüncü yeri Yaponiya (3409 patent), beşinci yeri isə Hindistan (1350 patent) tutur. Süni zəka sahəsində ən çox patentə sahib olan şirkət və təşkilatlar aşağıdakılardır.
- Tencent (2074 patent)
- Ping An Insurance (1564 patent)
- Baidu (1234 patent)
- Çin Elmlər Akademiyası (607 patent)
- IBM (601 patent)
- Alibaba Group (571 patent)
- Samsung Electronics (468 patent)
- Alphabet (443 patent)
- ByteDance (418 patent)
- Microsoft (377 patent).

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3450
avatar

Oxşar yazılar