SMM-in əsas məqsədi sosial şəbəkələrdən müştərilərin cəlb olunmasıdır. Ancaq bəzi sadə səhvlər onun brend üçün effektivliyini azaldır.
Lent.az "techland"-a istinadən səhvləri sizə təqdim edir:
Strategiyanın olmaması - SMM strategiyası aydın şəkildə qurulmuş plandır, bunun sayəsində fəaliyyətin məqsədini dəqiq müəyyənləşdirə, səhifənizin işini təhlil edə bilərsiniz.
Hədəf kütləsi - Enerjinizi eyni zamanda bütün müştərilərə sərf etməmək üçün məzmununuzun hansı auditoriya üçün hazırlandığına qərar verməlisiniz.
Cədvəlin olmaması - Bir ay və yaxud daha çox müddət üçün media plan hazırlayaraq ona uyğun hərəkət etmək vacibdi
Video qıtlığı - İzləyicilər sımimi video və ya canlı yayımlara üstünlük verirlər və bu da sizin brendiniz üçün faydalı olur
Təmas azlığı - Hər zaman təmasda olmağa, suallara cavab verməyə, tövsiyələrə/istəklərə qulaq asmağa çalışın.
Əgər sosial mediada biznesinizin bu problemlərlə qarşılaşmamasını istəyrsinizsə SMM şirkətləri də sizə kömək ola bilər.