Lüks bəzəkli smartfonların bir nömrəli adı olan “Caviar” brendi, “Sevgililər Günü” üçün indiyə qədərki ən bahalı iPhone variantını hazırlayıb.
Lent.az xəbər verir ki, xüsusi daş-qaşla örtülmüş “iPhone 15 Pro Max” modeli 60 min dollar dəyərindədir.
Bu hədiyyələrə “iPhone 15 Pro” və “iPhone 15 Pro Max” telefonları daxil edilib. Seriyanın ən qiymətli modeli 18 karatlıq qızıl korpuslu və 159 qara brilyant ilə bəzədilmiş pantera formalı “iPhone 15 Pro Max”dir. Onun qiyməti 60350 dollar, yəni təxminən 102 min manat təşkil edir və cəmi 14 ədəd istehsal edilib.
Bu modeldən başqa korpusu 24 karatlıq qızılla yanaşı, brilyant və ya "Swarovski" daşları ilə örtülmüş qiyməti isə 9630 dollardan başlayan “iPhone 15 Pro” modelləri də var. Bu modellərdən isə cəmi 99 ədəd hazırlanıb. “iPhone 15 Pro” və “15 Pro Max” modellərindən birinə sahib olan şəxslərə isə ürək formalı "AirTag" hədiyyə olunacağı bildirilir.