Galaxy Buds Pro
05 yanvar 2021 12:51 (UTC +04:00)

Galaxy Buds Pro

Samsungun hələ təqdim etmədiyi Galaxy Budsun VİDEOSU yayıldı

Əvvəlki sızdırılan şəkillərə və xüsusiyyətlərə baxdıqda, videodakı qulaqlıq bütün məlum xüsusiyyətlərlə üst-üstə gəlir.

Lent.az techland-a istinadən bildirir ki, qulaqlıq bir əvvəlki model Galaxy Buds Live-in şarj qutusu ilə gəlir.

Digital Slang olaraq da bilinən, YouTuber Jeff Schick qutudan çıxan Galaxy Buds Pro videosu ilə gündəmə gəlir. Qutunun açılması videosu ilə YouTuber 17 dəqiqəlik videoda qulaqlığın ilk təəssüratlarını bizimlə bölüşür. Videoda qulaqlıqları ilk dəfə canlı görürük və son bir neçə aydan bəri yayılan şayiələrə uyğun gəldiyini görə bilərik.

Simsiz şarjı dəstəkləyən bu qulaqlıqlarda, şarj qutusu olmadan 5 saatlıq istifadə təklif edilsə də, şarj qutusu daxil olduqdasa bu müddət 18 saata qədər uzanır. IPX7 sertifikatı ilə qorunan qulaqlıq, toxunma sensorlu idarə etmə panelinə malikdir və aktiv səs-küy ləğvi xüsusiyyəti ilə diqqəti özünə cəlb edir.

Qulaqlıq , USB-A və USB-C kimi iki fərqli kabel quruluşunu da əhatə edir və fərqli ölçülərdə silikon qulaq ucları ilə gəlir. Qulaqlığın digər bir vacib xüsusiyyəti də ətrafdakı səsləri aşkar edə bilən ‘şəffaflıq rejiminə’ sahib olmasıdır. Videoda səs-küy ləğv etmə xüsusiyyətinin yaxşı olduğu, ancaq ekvivalentlərinə nisbətən zəif olduğu qeyd edildi.

# 3060
avatar

Oxşar yazılar