“Kitabxanalarda İnformasiya Texnologiyaları” kitabı işıq üzü görüb
25 dekabr 2020 14:48 (UTC +04:00)

“Kitabxanalarda İnformasiya Texnologiyaları” kitabı işıq üzü görüb

2020-ci ildə Respublika Gənclər Kitabxanasının “Kitabxanalar virtual məkanda” layihəsi əsasında yaradılmış mütəxəssislər qrupunun hazırladığı sayca 5-ci kitab - “Kitabxanalarda İnformasiya Texnologiyaları” kitabı işıq üzü görüb. 

Lent.az-ın xəbərinə görə, bundan öncə bu layihə çərçivəsində 4 elmi-təcrübi vəsait - “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili”, “Kitabxana-informasiya sistemləri” adlanan kitablar çap edilib.

Müəllifləri Azad Qurbanov, Pərviz Kazımi və Oruc Quliyev olan “Kitabxanalarda İnformasiya Texnologiyaları” kitabı kitabxana informasiya fəaliyyəti ilə məşğul olan oxucular, müvafiq ixtisas üzrə təhsil alan ali və orta ixtisas tələbələri üçün nəzərdə tutulub. Kitabda müxtəlif informasiya texnologiyalarının nəzəri əsaslarını, şəbəkə, multimediya, informasiya təhlükəsizliyi haqqında sadə və anlaşılan dildə məlumatlar verilib. Kitab həmçinin Azərbaycan kitabxanalarını beynəlxalq standartlara uyğun modernləşdirmək üçün zəruri olan müvafiq proqram, texniki və informasiya təminatları ilə zəngindir.

Kitab oxuculara informasiya texnologiyaları sahəsində olan yeniliklərlə tanış edə biləcək universal vəsaitdir.

# 2658
avatar

Oxşar yazılar