“iPhone SE”nin fərqli dizaynda  fotosu təqdim edildi
12 fevral 2024 19:18 (UTC +04:00)

“iPhone SE”nin fərqli dizaynda fotosu təqdim edildi

“Apple” şirkəti hal-hazırda növbəti “iPhone SE” üzərində çalışır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bir neçə müddət əvvəl növbəti “iPhone SE” modeli “iPhone 14” dizaynına oxşayacağı bildirilirdi. Lakin ortaya çıxmış yeni məlumat smartfonun tamamilə fərqli dizayna sahib olacağından xəbər verir. İnsayderlər növbəti “iPhone SE” modelinin yeni render fotosunu təqdim ediblər. 

Təqdim edilmiş render fotodan da görmək olar ki, növbəti “iPhone SE” modeli heç də “iPhone 14” dizaynına sahib deyil. İnsayderlər bildiriblər ki, növbəti “iPhone SE” modelinin ekranı üzərində “Dynamic Island” çıxıntısı olacaq.

 Smartfonun arxa kamera dizaynına gəldikdə isə fotoya əsasən arxa kamera oval formalı sahənin daxilində şaquli şəkildə yerləşəcək. Bununla belə smartfon bir ədəd arxa kameraya sahib olacaq. İnsayderlər bildiriblər ki, render fotoda əks olunmuş dizayn növbəti “iPhone SE”nin final dizaynı deyil. Çox güman ki, “Apple” növbəti “iPhone SE”nin bir neçə versiyasını hazırlayacaq və onları şirkət daxilində test edəcək. Çox güman ki, şirkət smartfonun final dizaynı mövzusunda hələ yekun qərarı verməyib. Növbəti “iPhone SE”nin 2025-ci ildə təqdim olunacağı gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10263
avatar

Oxşar yazılar