Albaniyanın baş naziri Edi Rama yeni kabinetinə süni intellektlə hazırlanmış virtual nazirin daxil edildiyini açıqlayıb.
Lent.az xəbər verir ki, Albaniyada may ayında keçirilən seçkilərdə ardıcıl dördüncü qələbəsini qazanan baş nazir Edi Rama dördüncü müddətində vəzifə yerinə yetirməsi gözlənilən kabinet üzvlərini təqdim edib.
Rama, yanvar ayından Albaniyanın elektron hökumət platforması E-Albania vasitəsilə istifadəçilərə dəstək verən rəqəmsal köməkçi "Diella"nın dövlət satınalmalarına nəzarət etmək və korrupsiyanın qarşısını almaq üçün nazir təyin edildiyini açıqlayıb.
"Diella fiziki olaraq mövcud olmayan, lakin süni intellekt tərəfindən virtual olaraq yaradılan ilk kabinet üzvüdür", - deyə baş nazir qeyd edib.