ABŞ-ın Roçester şəhərində 120 ilə yaxın tarixə malik beynəlxalq avtomobil sərgisinin fəaliyyəti dayandırılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, təşkilatçılar sərginin keçirilməsinin artıq iqtisadi baxımdan sərfəli olmadığını bildiriblər.
Uzun illər minlərlə avtomobil həvəskarını bir araya gətirən tədbirə maraq pandemiyadan sonra xeyli azalıb. Ziyarətçi sayı əvvəlki səviyyəyə qayıtmayıb.