Daxili İşlər Nazirliyinə dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Nazirlikdən polisə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib.
Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.