Baş Dövlət Yol Polisi İdarəsi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün vətəndaşları səmimi-qəlbdən təbrik edir.
Lent.az xəbər verir ki, bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.
Vətəndaşları bayram sevincini təhlükəsizliklə bir arada yaşamağa, qaydalara əməl etməyə və diqqətli olmağa çağırırıq.
Bayramınız mübarək, yollarınız təhlükəsiz olsun.