Yağış daha çox hansı evlərə ziyan vurdu – Ekspert DANIŞIR
28 oktyabr 2024 17:06 (UTC +04:00)

Yağış daha çox hansı evlərə ziyan vurdu – Ekspert DANIŞIR

Paytaxta yağan leysan yağışlar fəsadları gündəm olub. Müşahidə olunan hava şəraiti küçə və prospektlərə, ictimai-iaşə obyektlərinə, evlərə ciddi ziyan vurub. Yağış suları paytaxtın bir sıra ərazilərində evlərin həyətlərinə dolaraq sakinlərin həyatını iflic edib. Şəhər sakinləri intensiv yağan yağışlar və nəmişlik nəticəsində evlərinin divarlarında şişkinlik, divar kağızı və bəzəklərin qopması hallarının yaşanmasından şikayətçidirlər.

Bu məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov Lent.az-a açıqlama verib:

“Belə hallar evin zirzəmi qatında qurunt sularının tikiliyə daxil olması, hündürmərtəbəli binalarda isə çöldən nəmişliyin vurması səbəbi ilə baş verə bilər”.

Onun sözlərinə görə, ev tikərkən tikinti və şəhərsalma normativlərinə uyğun olaraq ilk növbədə qurunt sularının və suxurların analizi aparılmalıdır.

“Qanunla bu proses həyata keçirildikdən sonra tikinti işi baş tuta bilər. Fərdi evlərdə bu məsələ bir o qədər önəm daşımır. Çünki fərdi evlərin ərsəyə gəlməsi zamanı vətəndaş 12 metrə qədər olan tikilinin bünövrəsinin nə qədər dərin olacağını təyin edə bilir",- deyə o bildirib.

Ləman SƏRRAF

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5421
avatar

Oxşar yazılar