Xudatda  ANA AZYAŞLI QIZINI   xəstəxanalıq etdi - YENİLƏNİB
09 sentyabr 2024 21:43 (UTC +04:00)

Xudatda ANA AZYAŞLI QIZINI xəstəxanalıq etdi - YENİLƏNİB

Xudatda anası tərəfindən döyülən azyaşlı və ailədəki digər iki uşaq nəzarətə götürülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

"Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - deyə o bildirib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib ki, Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Dərhal bu barədə tibbi ekspertiza təyin edilib və hazırda faktla bağlı araşdırma aparılır.

***

20:32

Xaçmaz rayonunun Xudat şəhərində azyaşlı, anası tərəfindən döyülüb.

Lent.az xəbər verir ki, hadisə M. Əbilov küçəsində baş verib. Qusar rayon sakini Səyyarə Qayıbova kirayə yaşadıqları mənzildə qızı 7 yaşlı Qayıbova Zəhra Camal qızına xəsarətlər yetirib.

Azyaşlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

İlkin məlumata görə, anası qızını dərslərinə hazırlaşmadığı üçün cəzalandırıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3762
avatar

Oxşar yazılar