Bu gün Milli Məclisdə dinlənilərək qəbul olunan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı ictimai müzakirələrə çıxarılacaq. Lent.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.
Təklif spiker Oqtay Əsədov tərəfindən dəstəklənib və bununla bağlı daxili işlər nazirinin birinci müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazova müraciət olunub. V. Eyvazov təklifi qəbul edib.