Elman Mehdiyev Gəncədə qəbul keçirdi
24 aprel 2015 14:00 (UTC +04:00)

Elman Mehdiyev Gəncədə qəbul keçirdi

 

Dövlət Sosial Müdafiə Fondunun  sədri Elman Mehdiyev Gəncədə vətəndaşları qəbul edib. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildirilib ki, qəbulda Gəncə, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarının sakinləri iştirak edib.

 

Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Fondun məsul əməkdaşlarının, Gəncə şəhəri Nizami və Kəpəz rayon, həmçinin Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dan cox vətəndaşın müraciətlərinə baxılıb.

 

Qəbul zamanı bütün müraciətlər operativ şəkildə araşdırılıb. Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar