Avqustun 6-da Ümid Partiyası qərargahında iftar süfrəsi açıb. Lent.az-ın məlumatına görə, mərasimdə partiyanın üzvləri, ictimai-siyasi xadimlər, millət vəkilləri, jurnalistlər, din xadimləri, oruc tutan tanınmış simalar və sadə vətəndaşları iştirak ediblər.
İftar süfrəsi başında müxtəlif ziyalılar və tanınmış şəxslər çıxış ediblər, oruc tutmağın faydalarından bəhs olunub. Daha sonra iftar duası oxunub. İftar vaxtının yetişməsi ilə məclisin ikinci hissəsi açıq elan edilib.