Gürcüstan 107 nəfəri deportasiya etdi:  azərbaycanlılar da var - VİDEO
06 oktyabr 2026 10:59 (UTC +04:00)

Gürcüstan 107 nəfəri deportasiya etdi: azərbaycanlılar da var - VİDEO

0

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə son günlər ərzində 107 xarici ölkə vətəndaşını deportasiya ediblər.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində İordaniya, Hindistan, Misir, Livan, Əlcəzair, Filippin, Ermənistan, Özbəkistan, Türkiyə, Rusiya, Çin, Azərbaycan, Qırğızıstan, İraq, Keniya, Nepal, Nigeriya, Tailand və digər ölkələrin ümumilikdə 107 vətəndaşı ölkədən çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Məlumata görə, bu il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən təxminən 3300 nəfər Gürcüstandan deportasiya edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar