Astronomlar ölməkdə olan ulduzun ətrafında formalaşan qeyri-adi planet aşkarlayıblar.
Lent.az xəbər verir ki, alimlərin fikrincə, bu planet ulduzun həyatının son mərhələsində kosmosa atılan maddələrdən yaranıb.
Buna görə də obyekt şərti olaraq “feniks planeti” adlandırılır.
Tədqiqatçılar hesab edirlər ki, bu kəşf ulduzların ölümü zamanı planet sistemlərində hansı proseslərin baş verdiyini anlamağa kömək edə bilər.