Turistləri ən çox  xoşbəxt edən   10 şəhər
06 oktyabr 2026 17:57 (UTC +04:00)

Turistləri ən çox xoşbəxt edən 10 şəhər

0

Portuqaliyanın paytaxtı Lissabon turistlərə ən çox müsbət emosiyalar bəxş edən şəhərlərin reytinqində birinci olub. Seçim zamanı görməli yerlərlə yanaşı, günəşli saatların sayı, rahat yuxu, sağlam qidalanma və təbiətə yaxınlıq da nəzərə alınıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmada turistlər arasında populyar olan 47 şəhər beş meyar üzrə qiymətləndirilib.

Günəş işığı, keyfiyyətli yuxu üçün şərait, sağlam qidaya əlçatanlıq, yaşıllıq və piyada gəzmək imkanlarının hər birinə eyni əhəmiyyət verilib. Yekun nəticələr 100 ballıq şkala ilə hesablanıb.

Lissabon niyə birincidir?

Portuqaliya paytaxtının əsas üstünlüklərindən biri sağlam yeməklər təklif edən restoranların çoxluğudur. Şəhərdə təxminən hər on restorandan biri bu kateqoriyaya daxildir. Lissabon bu göstərici üzrə Paris, Tokio və Nyu-Yorku geridə qoyaraq ikinci yeri tutub.

Şəhər təpəlik ərazidə yerləşsə də, tarixi mərkəzi yığcamdır. Turistlər bir neçə saatlıq piyada gəzinti ilə məşhur məkanların çoxunu görə bilirlər.

Lissabonda adambaşına təxminən 49 kvadratmetr yaşıllıq sahəsi düşür. Bu, Madriddəki göstəricidən təxminən dörd dəfə çoxdur. Şəhərdən Koşta-da-Kaparika və Kaşkayş çimərliklərinə getmək də rahatdır. Üstəlik, Portuqaliya paytaxtında il ərzində orta hesabla 2828 saat günəş işığı qeydə alınır.

İlk beşlikdə hansı şəhərlər var?

İkinci yeri Finlandiyanın paytaxtı Helsinki tutub. Şəhər geniş yaşıllıq sahələri və səs-küyün nisbətən az olması ilə fərqlənib.

ABŞ-nin Orlando şəhəri üçüncü olub. Araşdırılan şəhərlər arasında adambaşına ən çox yaşıllıq sahəsi məhz burada qeydə alınıb. Orlando ildə təxminən 2930 saat günəş işığı alır.

Dördüncü pillədə qərarlaşan Afina piyada gəzmək imkanlarına görə maksimum qiymət toplayıb. Yunanıstan paytaxtında sağlam qidalar təklif edən restoranların əlçatanlığı da yüksək qiymətləndirilib.

Beşinci yeri Edinburq tutub. Şotlandiyanın paytaxtı ilk onluğa düşən yeganə Britaniya şəhəridir. Mütəxəssislər onun parklarını, rahat yuxu üçün şəraitini və piyada marşrutlarını önə çəkiblər.

Reytinqdə sonrakı yerləri ardıcıllıqla Madrid, Vyana, Budapeşt, Oslo və Vilnüs bölüşüb.

Araşdırmanın əsas mesajı budur: xoş istirahət yalnız məşhur yerləri görməkdən ibarət deyil. Rahat yatmaq, yaxşı qidalanmaq, günəşdən və təbiətdən zövq almaq da səfərdən hansı təəssüratlarla qayıdacağımıza təsir edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar