Sabirabadda 14 yaşlı qız qaçırılıb.
Lent.az xəbər verir ki, rayon sakini olan 17 yaşlı oğlan 14 yaşlı qızı evlənmək məqsədilə qaçırıb.
Əldə etdiyimiz xəbərə görə, oktyabrın 1-də daxil olan müraciət üzrə onlar oktyabrın 2-də polis əməkdaşları tərəfindən tapılaraq ailələrinə təhvil veriliblər.
Müvafiq araşdırmalar davam etdirilir.