Bakıda avtoxuliqanlıq edən daha bir sürücü saxlanılıb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
20 yaşlı Cəfər Mehdiyev (şərti adla) idarə etdiyi “Changan Qiyuan A06 Plug-in hibrid” avtomobilini qəfil yerindən sürətləndirərək hərəkətə gətirib. Nəticədə yerdə təkərin izi qalıb. Bundan əlavə, o, bir neçə dəfə təkrar kobud yol hərəkəti pozuntuları törədib.
Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin və ya mopedin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə) maddəsilə protokol tərtib olunub.
C. Mehdiyev ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə o, 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat inzibati qaydada cərimələnib.