Bakıda kişi binadan yıxılıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Naxçıvani küçəsində baş verib.
30 yaşlı Məmmədov Ənvər Famil oğlu yaşadığı binanın pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.