Təcili Yardım Mərkəzinə yeni direktor  təyin olundu
06 oktyabr 2026 12:52 (UTC +04:00)

Təcili Yardım Mərkəzinə yeni direktor təyin olundu

0

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin olunub.

Bu barədə TƏBİB-dən Lent.az-a məlumat verilib.

Bildirilib ki, Oqtay İsmət oğlu Gözəlov direktor təyin olunub. 

Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. Beynəlxalq Qızıl Xaç Komitəsi, “Sərhədsiz Həkimlər” və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində, həmçinin KfW İnkişaf Bankının maliyyələşdirdiyi layihələrdə ekspert və rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əvvəlki direktoru Mirələm Calalov bu ilin aprel ayında TƏBİB- rəhbərinin əmri ilə işdən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar