TƏBİB-in yeni rəhbəri daha iki nəfəri  işdən çıxardı
22 aprel 2026 14:53 (UTC +04:00)

TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı

0

TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxarıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.

Bundan başqa, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib.

Qeyd edək ki, TƏBİB-in rəhbərliyi dəyişəndən bəri 10-dan çox vəzifəli şəxs işdən çıxarılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar