ABŞ-ın Çikaqo şəhərində azyaşlı qız küçədə qətlə yetirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 48 yaşlı Şavon Hayden yeddi yaşlı qızı öldürməkdə ittiham edilib.
Hadisə günorta saatlarında Çathem rayonunda baş verib. Uşaq 17 yaşlı böyük bacısı ilə küçədə gəzirmiş.
Polisin məlumatına görə, qadın gözlənilmədən qıza bıçaqla hücum edib. İstintaq hələlik hadisədən əvvəl qadınla uşaq arasında hər hansı münaqişənin olduğunu təsdiqləyən sübut aşkarlamayıb.