Bakının bəzi rayonlarında su kəsiləcək.
İri Şəhərlərin Su Təchizatı Xidmətindən Lent.az-a bildirilib ki, magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
Sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.
Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik.