TQDK SOCAR-ın təqaüd proqramı üzrə müsabiqə keçirib
19 aprel 2015 15:24 (UTC +04:00)

TQDK SOCAR-ın təqaüd proqramı üzrə müsabiqə keçirib

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib.

 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qeydiyyat SOCAR tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 16 imtahan rəhbəri, 151 nəzarətçi-müəllim ayrılıb.

 

 

Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test (10-u açıq tipli test tapşırığı olmaqla) tapşırığı təqdim olunub. Sualların cavablandırılması üçün namizədlərə 1 saat vaxt verilib. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

 

 

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

 

 

Qeyd edək ki, SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Oxşar yazılar