
Toyuq alarkən diqqətli olun!
"İstehlakçılar ticarət şəbəkələrinin əksəriyyətində kampaniya çərçivəsində təqdim olunan məhsullara daha çox rast gəlirlər. Müştərilər həmin məhsulların qiymətinə aldanaraq alırlar. Amma keyfiyyətinə diqqət etmirlər. Bu cür kampaniyalarda təqdim olunan qida məhsullarının əksəriyyəti istehlaka yararlı deyil və istifadə müddəti bitmiş olur”.
Bu sözləri "Ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda Sumqayıtda sahibkarlarla keçirilən görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsinin sədri Zaur Kərimov deyib.
Z.Kərimov bildirib ki, kampaniya çərçivəsində təqdim olunan əsasən yağ məhsullarının keyfiyyət göstəricilərinin aşağı olduğu və bəzən də istehlak müddətinin bitdiyi aşkar olunub. Bölmə rəisi ticarət şəbəkəsi sahiblərinin istehsalçılardan aldıqları məhsullarla bağlı bir sıra məqamlara diqqət etməli olduğunu vurğulayıb. O, daha çox problemlərə ət məhsullarında rast gəlindiyini deyib: "Ticarət şəbəkələrinin sahibləri aldıqları məhsulları diqqətlə nəzərdən keçirməlidirlər. Xüsusən də ət məhsulların;. Bəzən ət məhsullarının üzərinə konservləşmə üçün möhürlər vurulur. Bu ət məhsulları istehlak üçün nəzərdə tutulmayıb”.
Z.Kərimov yoxlamalar zamanı daha dəhşətli faktların müəyyən olunduğunu diqqətə çatdırıb: "Ticarət obyektlərində kənd toyuğu adı altında məhsullar satılır. Apardığımız araşdırmalar göstərir ki, bu məhsulların çox hissəsi heç də kənd toyuqları deyil. Həmin toyuqlara ayaqqabı boyasının tərkibində olan kimyəvi maddələrdən biri vurularaq saraldılıb. Monitorinq zamanı belə bir müəssisə aşkarlanaraq fəaliyyəti dayandırılıb. Həmin müəssisə barəsində aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar da atılıb”.
Görüşdə AQTA-nın Sumqayıt regional bölməsinin rəis müavini Şəhla Yusifzadə ticarət şəbəkələrində mövcud olan problemlərin həlli yolları, Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Namiq Zeynalov isə institutun fəaliyyət istiqamətlərindən söhbət açıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
(xezerxeber.az)
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54