Mikayıl Cabbarov səfirlərlə görüşdü
09 aprel 2015 17:42 (UTC +04:00)

Mikayıl Cabbarov səfirlərlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı və Polşa səfiri Marek Tsalkanı qəbul edib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir amerikalı diplomatı bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb.

Hər iki görüş zamanı təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi hədəflərə uyğun olaraq ölkələrimiz arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar