Tbilisidə  "Azərbaycan multikulturalizmi" fənninin monitorinqi keçirilib
16 aprel 2015 19:54 (UTC +04:00)

Tbilisidə "Azərbaycan multikulturalizmi" fənninin monitorinqi keçirilib

Tbilisi Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib. Lent.az-ın məlumatına görə, monitorinq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində baş tutub.

 

Dərs gedişatının keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılacaq. 

 

Xatırladaq ki, artıq bir neçə universitetdə ilk monitorinqlərə başlanılıb. Bunlardan biri də Gürcüstanın Tbilisi Dövlət Universitetidir. Bu universitetdə 30 tələbəyə  fənni Gürcüstanlı professor David Qotsiridze tədris edir. Tbilisi Dövlət Universitetində monitorinqin  aparılması üçün BBMM tərəfindən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ezam olunub.

Monitorinq zamanı Tbilisidə Xalq rəssamı Fərhad Xəlilov “Azərbaycan multikulturalizmi”, professor David Qotsiridze isə “Azərbaycan multikulturalizmi və folkloru” mövzularında mühazirə oxuyub. Azərbaycanda multikulturalizm ənənələri barədə  olan suallarına ətraflı cavab verilib. Mühazirədə universitetin müxtəlif fakültələrindən tələbələr və professor-müəllim heyəti iştirak edib.

Monitorinq müddətində xalq rəssamı Fərhad Xəlilov və professor David Qotsiridze Şota Rustaveli adına Batumi Universitetinin prorektoru Mamiya Paqava ilə görüşüb. Sonra rəssam Fərhad Xəlilov Gürcüstanın xalq rəssamları ilə görüş keçirib və görüşdə multikulturalizmin incəsənətdə rolundan danışılıb.

 

Qeyd edək ki, monitorinq davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar