Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb. Qurumdan Lent. az-a verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, ara bir tutulacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. . Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 21-də şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Bu cür hava şəraiti 22-dək davam edəcək.