Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Aprel
16 aprel 2015 20:10 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 Aprel

Avropa Parlamenti qondarma erməni soyqırımına münasibətini yenilədi. Qəbul olunan qətnamə  anlayanlar üçün doğrudan da dəyərli sənəddir. Çünki Avropanın siyasi institutları hər zaman bu sənədlə xristian təəssübkeşliyini günün reallıqlarından üstün tutacağını göstərmiş oldu. Digər tərəfdən bu qətnamə göstərdi ki, ali dəyərlər, insan haqları kimi nağıllar Qərbin öz təsiri altına salmaq istədiyi dövlətlər, cəmiyyətlər üçün uydurulmuş prinsip və təzyiq alətidir.  
 
“Erməni soyqırımı”nı tanımaq barədə sənəd günün reallıqlarını, Türkiyə və Azərbaycanın regionda xüsusi çəkisinin hər an artması gerçəkliyini dəyişmir. Dəyişə də bilməz, çünki reallıqlar dəyişkən olmur. Yürütdüyü ikili standart siyasəti Vahid Avropanı ən kiçik hissələrə böləcək, bu, hansısa sənədin və ya bəyanatın təsiri ilə səslənən fikir deyil. Bu, Avropanın gələcəyini zəifləmiş və parçalanmış şəkildə görən avropalı elm adamlarının fikridir. İkili standart siyasəti Yunanıstanı Avropadan qoparır, Britaniyanı birlikdən çıxmağa sövq edir, Şərqi Avropa ölkələrinin üzünü yenidən Şərqə tutmağa məcbur edir. Parçalanmaq ərəfəsində olan Avropa həm də enerji resurslarının müxtəlifləşməsi baxımından Türkiyə və Azərbaycandan əhəmiyyətli dərəcədə asılıdır. Yəqin ki, Azərbaycan və Türkiyə bundan sonra Avropa ilə münasibətlərdə bu faktoru nəzərə alacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 77
avatar

Oxşar yazılar